Evlərdəki rütubətə mineral yunla son!
Kateqoriyalar
Menyu


+994-55-300-98-68     +994-12-490-35-12     [email protected]

Evlərdəki rütubətə mineral yunla son!

Müəllif: Raul Rəhimov - 30.04.2021 2385 0 rəy
Evlərdəki rütubətə mineral yunla son!

  Evlərin həddən artıq rütubətli olması insan sağlamlığına ziyan vura bilər. Çünki rütubətli hava yaşayış evlərində nəmişliyin yaranmasına səbəb olur və bu da orqanizmdə müxtəlif ağrılara, xəstəliklərə yol açır.

Sağlamlıq ən önəmli məsələdir

  Həkim-ftiziatr Polad Muradov qeyd edir ki, rütubətli hava və məkan mikrobların yaşaması və artması üçün münbit şərait yaradır: "Rütubətli hava şəraiti insan sağlamlığına mənfi təsir göstərir. Hər hansı bir evdə, məkanda rütubətin çox olması göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Kollegen-birləşik toxumanın xəstəlikləri var ki, rütubətli hava həmin xəstəliklərin yaranmasına, inkişafına səbəb olur. Rütubət vərəmin yayılmasına dolayı yolla təsir edə bilir. Yaşayış yeri üçün nəmin az olduğu ərazilərin seçilməsi yaxşı olardı. Eyni zamanda, rütubətin çox olduğu məkanlarda tikilən binalarda istilik sistemi yaxşı qurulmalıdır".

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev deyib ki, havada rütubətin 70-80 faiz olması yüksək göstəricidi və insana bir sıra problemlər yaradır: "Rütubət aşağı olduqda insanın nəfəs alması, orqanizmdə oksigen mübadiləsi normal gedir. Orqanizmdə oksigen mübadiləsinin yaxşı getməsi qan dövranının işinə müsbət təsir edir. Əks təqdirdə nəfəs yollarında, ciyərlərdə narahatlıq yaranır. Bundan başqa, oksigen, karbon mübadiləsində çətinliklər yaranır, revatizm və s. xəstəliklər əmələ gəlir. 

Azərbaycanda rütubətin yüksək olduğu bölgə

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, Azərbaycan üzrə rütubətin ən yüksək olduğu yer Lənkəran-Astara bölgəsidir: "Həmin ərazidə orta illik nisbi rütubət göstəricisi 75-80 faizdir. Yağıntılı hava şəraitində bu göstərici 90-100 faizə yüksəlir". Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yaz və payız aylarında əsasən rütubətli hava şəraiti üstünlük təşkil edir: "Qış aylarında da nisbi rütubət 65-70 faiz arasında dəyişir. Yağıntılı hava şəraitində isə 85-95 faiz təşkil edir. Neft Daşları, Çilov və Pirallahı adalarında illik nisbi rütubət daha yüksək - 70-75 faiz təşkil edir".

  AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev vurğulayıb ki, havada rütubət 50 faizdən yüksək olanda bu, insan sağlamlığına ziyan vurur: "Bakıda rütubət 60-70, yağış yağanda 80-90 faiz təşkil edir. Cənubdan isti küləklər əsəndə isə 70 faizə yüksəlir. 

Bəs evlərdə rütubəti tənzimləmək üçün nə edək?

  Havada rütubətin çox olduğu ərazilərdə yaşayış binalarının, evlərin tikintisinə xüsusi diqqət yetirilməlidir. Rütubət yüksək olduqda mənzillərin tərləməsi baş verir. Bir çox binalarda daim rütubət olur. Bakıda evlərin tikilməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Mənzillər tikiləndə hava axını prosesi nəzərə alınmalıdır. Evlərin, binaların bir-birinə yaxın formada tikilməsi həmin mənzillərdə nəmliyin yaranmasına səbəb olur. Nəticədə mənzillərin divarında əmələ gələn nəm uzun müddət qalır. Yaşayış binası tikilərkən təməlinin keyfiyyətli, möhkəm qoyulması vacibdir. Evlər tikilərkən məsaməli hörgü daşlarından, nəm keçirməyən materiallardan istifadə olunmalıdır. Divara nəm keçirməməsi üçün yaxşı suvaq vurulmalıdır.

Mineralyun ilə rütubətə son

  Hazırda nəmin qarşısını alan tikinti materialları var bu tip materiallardan biridə mineralyun materialıdır. Mineralyunlar növünə görə müxtəlif mineral xammaldan hazırlanan izolyasiya materialı hesab olunur. Növünə görə 3 yerə: Bazalt yunu (Daş yunu), Kvars yunu, Şlak yunu. Hazırda isə ən çox yayılmış mineral yun materialı isə bazalt yunu və kvars yunu hesab olunur. Bu tip materiallar istilik keçiriciliyi aşağı material hesab olunduğundan evlərdəki temperaturu sabit saxlayır və nəfəs alan material olduğundan nəmişlik yaranmasının qarşısını alır. Evlərdə rütubətsiz şərait yaratmaq üçün və rütubətdən qaralmış divarlar problemini kökündən həll etmək üçün evləriniz fasad, mansard (tavan) və döşəmə hissələrini izolyasiya etməniz tövsiyyə olunur. Fasadların daxilə nisbətən xaricdən izolyasiya olunması məsləhət görülür çünki xaricdəki izolyasiya materialı fasadı xarici təsirlərdən qoyuyacaq və tam şəkildə divarlardakı qaralmanın qarşısını alacaq. Daxili izolyasiya prosesi isə fasada nisbətən yüngül mineralyunlardan istifadə olunduğundan nisbətən daha ucuz başa gəlir. Və məbləği daha da qısaltmaq üçün isə bazalt yunu yerinə eyni keyfiyyətə sahib olan kvars əsaslı izolyasiya materialı da istifadə edə bilərsiniz.

 Mineralyun seçərkən aldanmayın

  • Mineralyun deyilən konkret bir material yoxdur və bu 3 növ məhsulu özündə birləşdirən ümumi bir anlayışdır. Necəki çəkic, balta, vintaçan birlikdə xırdavat adlandığı kimi.
  • Mineralyunlarının sıxlığının çox olması keyfiyyət göstəricisi deyil bu tamamən mif bir anlayışdır. Ümumiyyətlə izolyasiya materiallarını 1 göstərici ilə müqasiyə etmək olmaz. İstifadə sahələrinə və səthlərinə görə əsas götürülən göstəricilər dəyişir.
  • Bazalt yunu qaşındırmır lakin kvars yunu qaşındırır və sağlamlığa zərərlidir kimi ifadələrdə yanlış bir fikirdir. Ümumiyyətlə qaşındırma məsələsinə toxunsaq bu sadəcə hazırlanma texnologiyası ilə bağlı bir şeydir. Məhsulun əgər lifləri xırdadırsa o zaman bütün mineralyunlar qaşındırma verəcək yox əksinə lifləri uzun bir şəkildə hazırlanıbsa o zaman hec bir qaşındırma məsələsindən söhbət gedə bilməz. Sağlamlığa zərəli olub olmaması isə bu da materialın tərkibində olan üzvi maddələrlə bağlı bir məsələdir. Bu isə bütün materialların sanitar epidemioloji sertifikatında öz əksini tapır. Ümumiyyətlə sağlamlıq göstəricisi cəhətdən nəinki mineralyun materialı bu tip bütün materialları seçərkən aldığınız şəxsdən məhsulun sanitar epidemioloji və rəsmi nümayəndiliyini təsdiq edən sertifikatını tələb etməyiniz məsləhət görülür. Hazırda bazarda ad və görünüş cəhətdən oxşar olan lakin istehsalatı bəlli olmayan bir çox məhsullar var.

Rəy bildir

Diqqət: Ad 3-25 simvol uzunluğunda olmalıdır!
Diqqət: Keçərsiz email!
Diqqət: Rəy 25-1000 simvol uzunluğunda olmalıdır!
Markalarımız (4)
İzolyasiyanın faydaları haqqında (6)

Əlaqəli Xəbərlər

Daş yunu və digər mineral yun çeşidlərində sıxlıq önəmlidirmi?

  Daş yunu və digər mineral yun çeşidlərində sıxlığın çox olması onun keyfiyyətli olmasına səbə..

Veberton "İşinə professional yanaşanlar üçün!"

  Veberton küləyə davamlı su və buxar izolyasiya materiallarının alman texnologiyası ilə istehs..

Rawlplug "Trust & Innovation"

  Rawlplug şirkəti ilklərə imza atmış dünyanın tanınmış tikinti materialları istehsal edən şirk..

Paroc "Best of the best"

   Finlandiya markası olan Paroc şirkəti bina tikintisi- təmiri, gəmiqayırma, dəniz strukt..

Isover "King of Quartz"

  350 illik tarixə sahib olan “Saint-Gobain” şirkətinin markası olan  “İsover” istilik və ..

Akustik səs izolyasiyası nədir?

Akustik səs izolyasiyası səs tənzimləmə, səs keyfiyyətini qorumaq tələb olunan yerlərdə tətbiq oluna..

İstilik izolyasiyanın evinizə və cibinizə nə kimi xeyri var?

Siz həddindən artıq istilik haqqı ödəyirsiniz? Aylıq təbii qaz və elektrik enerjisinə həddindən çox ..

Nəyə görə KNAUF karkas divar sistemi?

Tikintidə, karkas divar sistemlərində və ya kərpiclə tikintidə hansının daha ağıllı seçim olduğunu d..

menu