Daş yunu və digər mineral yun çeşidlərində sıxlıq önəmlidirmi?
Kateqoriyalar
Menyu


+994-55-300-98-68     +994-12-490-35-12     [email protected]

Daş yunu və digər mineral yun çeşidlərində sıxlıq önəmlidirmi?

Müəllif: Raul Rəhimov - 30.08.2021 2704 0 rəy
Daş yunu və digər mineral yun çeşidlərində sıxlıq önəmlidirmi?

  Daş yunu və digər mineral yun çeşidlərində sıxlığın çox olması onun keyfiyyətli olmasına səbəb deyil. Belə ki, mineral yun çeşidləri seçərkən adətən sıxlığına görə məhsulları müqayisə edirlər. Bu isə əslində çox yanlış bir yanaşmadır. Sıxlıq izolyasiya materialının texniki göstəricilərindən sadəcə biridir və izolyasiya məhsulunu bir göstəriciyə əsasən keyfiyyətli və ya keyfiyyətsiz olduğunu təyin etmək olmaz.

   "Sıxlığı yüksək məhsul temperaturu daha yaxşı saxlayır." bu düşüncə sadəcə bir mifdir. Məhsulun temperatura qarşı müqavimətini təyin edən göstərici sıxlıq deyil və sıxlığın bununla heç bir təsiri yoxdur. Sıxlıq 1 kub metrdə (m³) olan malekulların çəkisinin cəmidir. Yani bildiyiniz məhsulun bir növ çəkisini ifadə edən göstəricidir.  Temperatura qarşı effektivliyi bildirən göstəricilər isə istilik keçiricilik əmsalı λ və istilik müqaviməti adlanır R(D). İstilik keçiricilik əmsalı bir tərəfdən digər tərəfə keçirdiyi istilik miqdarını göstərir və nə qədər aşağı olarsa, bir o qədər az  temperatur itkisi deməkdir lakin istilik müqaviməti isə məhsulun temperatura qarşı götərdiyi müqavimətidir bu göstərici nə qədər yüksək olarsa bir o qədər məhsulun temperaturu daha yaxşı saxladığını bildirir. Qısa şəkildə desək isti və ya soyuğun qarşını almaq üçün 120 sıxlıqlı 0.032 λ sahib məhsul daha çox effeklivlik göstərəcək nəinki 0.043 λ sahib 150 sıxlıqlı məhsul. 

   Digər bizə verilən səhv məlumat isə sıxlığı çox olan izolyasiya çeşidləri səs üçün daha əlverişli olmasıdır. Ümumilikdə götürsək bütün növ mineral yun çeşidləri səs üçün effektiv vasitə hesab olunur. Aralarında çox az dB fərqləri var və bu sahədə sıxlığı çox olan məhsullar daha zəif göstəriciyə sahibdir. Səs mineral yunların lifləri arasındakı boşluqlarda udulur sıxlığı yüksək olan mineral yunlarda bu boşluqlar daha aşağı səviyyədə olduğundan səs üçün o qədərdə effekli hesab edilmir. Digər bir halda isə çox aşağı sıxlıqlar belə səs üçün o qədər də effektli vasitə sayılmır. Lakin hər bir halda eyni tərkib amilini və istifadə sahəsi kimi məsələləri də nəzərə almaq lazımdır.

   Yüksək sıxlıqlı məhsul daha uzun xidmət ömrünə sahibdir söyləntisidə təmamilə yanlışdır. Xidmət ömrü sıxlıq deyildə materialın tərkibindən, istifadə sahəsindən, düzgün montajından, məruz qaldığı xarici təsirindən aslı olaraq dəyişir. Siz doğru formada quraşdırmadıqdan sonra təbii ki, məhsul daha qısa zamanda öz keyfiyyətini itirəcək və ya illərlə anbarda yanlış formada saxlanılan məhsuldan da uzun ömür gözləmək doğru olmaz.

   Unutmayın! İzolyasiya məhsullarında heçdə vitrindəki ən bahalı məhsul ən yaxşıdır demək deyil. İstifadə sahəsi və texniki göstəricilərinə görə sizin üçün doğru olan məhsul ən yaxşı məhsuldur!

Rəy bildir

Diqqət: Ad 3-25 simvol uzunluğunda olmalıdır!
Diqqət: Keçərsiz email!
Diqqət: Rəy 25-1000 simvol uzunluğunda olmalıdır!

Əlaqəli Xəbərlər

Evlərdəki rütubətə mineral yunla son!

  Evlərin həddən artıq rütubətli olması insan sağlamlığına ziyan vura bilər. Çünki rütubətli ha..

menu