Akustik səs izolyasiyası səs tənzimləmə, səs keyfiyyətini qorumaq tələb olunan yerlərdə tətbiq olunan bir üsuldur. Bu üsulda istifadə olunan bəzi materiallar vardır ki, bunlara müxtəlif ölçü və quruluşda(yumurt, piramida) olan akustik süngərləri misal göstərmək olar.
Ümumiyyətlə, akustik süngər və parça örtüklü panellərin istifadə edildiyi yerlərdə səs izolyasiyası təmin edilir və beləliklə səsin bir yerdən kənara yayılmasının qarşısını alır. Buna missal olaraq məsələn, musiqi studiyası, konfrans zalı, teatr, kino zalı, xəstəxana otağı, generator kabinəsi, ev kinoteatrı kimi yerlərdə səslərin daha aydın başa düşülməsi və ətrafa yayılmasının qarşısını almaq üçün istifadə olunur. İcraçı şirkətin keyfiyyətli olması və işində təcrübəli olması səs izolyasiya prosesinin qısa müddətdə başa çatdırılmasını, izolyasiyanın keyfiyyətli olmasını və işin daha qənaətcil rəqəmlərlə başa çatdırılmasını təmin edir.
Akustik səs izolyasiyası, səslərin daha yaxşı başa düşülməsi, ətraf mühitdəki müdaxilənin və digər narahatedici səslərin aradan qaldırılması üçün istifadə edilən texnologiyaya verilən addır. Son zamanlar yeni tikililərdə və köhnə yaşayış yerlərində (qanunla məcburi) tez-tez istifadə edilən bu tətbiqlər sayəsində daha komfort mühitlər təmin edilir. Səs tezliklərinin müəyyən səviyyədən yuxarı qalxması səslərin danışıq mühitində qəbul edilməməsinə səbəb olur. Bu səbəbdən bu cür mühitlərdə səs izolyasiyası və akustik tənzimləmə vacibdir. Dewalla komandası olaraq biz müştərilərimizə bu sahədə təcrübəli heyətimizlə xidmət göstərir və onlara səs izolyası üçün lazım olan ən keyfiyyətli məhsulları təklif edirik.
Divar, tavan və döşəmənin səs izolyasiyasının edildiyi və ətrafdakı səs-küyün aradan qaldırıldığı bu sahələr üçün ən uyğun akustik süngər seçilir. Mütəxəssis heyətimizin təklif etdiyi xidmətlərdən yararlanaraq, yaşayış yerlərinizə rəng qatacaq və narahatedici səslərdən uzaqlaşmaqdan həzz alacaqsınız. Məhsullara baxmaq üçün keçidə daxil olun.
Rəy bildir