Ümumiyyətlə istilik izolyasiya materialları- istilik itksinin azaldılmasında istifadə olunan aşağı qalınlıqlarda yüksək istilik müqavimətinə sahib çəkisi yüngül olan xüsusi materiallardır. O məhsullara istilik izolyasiya materialları demək olar ki, onların istilik keçiricilik miqdarı 0.065 və ya ondan aşağı lambdaya sahib olsun. İstilik izolyasiya materiallarının bir neçə müxtəlif növləri mövcuddur mineral yunlar, fenol köpüyü, kauçuk yunları, penopolirstollar və s. Ölkəmizdə şəxsi evlərdə ən çox istifadə edilən istilik izolyasiya materialları isə daş yunları, kvars yunları, genişlənmiş polistirol və ekstrüde olunmuş polistirollardır. Bizdə məhz bu günki videomuzda bu məhsulları müqayisə edəcəyik.
Ümumiyyətlə şəxsi evlərimiz üçün istilik izolyasiya materialı seçərkən müəyyən göstəricilər var ki, onlara diqqət etməliyik məhz bunlardan biridə məhsulun yanğına qarşı dayanıqlılıq məsələdir.
Bu göstəricidə öz rəqiblərini qabaqlayan məhsul məhz mineral yunlardır. Nə kvars yunları nə ki, daş yunları yanan və ya alışan məhsullar deyillər buna görə də A1 yanma sinifinə sahibdirlər. Həmçinində alova məruz qalarkən zəhərli maddələr ifraz etmirlər. Lakin XPS və EPS barədə təəssüf ki, bunları söyləmək mümkün deyil.
Digər bir məsələ ekoloji təmizlik bu barədə də yenə mineral yunlar öndədir. Mineral yunlar mineral əsaslı qeyri-üzvi maddələrdən hazırlandığına görə ekoloji cəhətdən daha təmiz hesab olunur. Hətta nəfəs alan bir məhsul olduğuna görə evlərdə daha komfortlu şərait yaradır. Lakin bu məsələ polistrol əsaslı məhsullara o qədərdə aid etmək olmaz əsasən extrüdə edilmiş polistrolllara. Cünki XPS-lər qapalı hücrəli məhsul olduğundan heç bir şəkildə nəfəs almır və buda evinizdə diskomfort qayarada bilər.
Növbəti önəmli olan göstərici isə təbii ki, məhsulun istilik izolyasiya qabiliyyətidir. Bax burda məsələ bir az qəlizləşir. Məhsulun istilik izolyasiya qabiliyyəti onun istilik keçiricilik əmsalından aslıdır və istilik keçiricilik əmsalı nə qədər aşağı olarsa məhsul o qədər yaxşı istilik izolyasiya qabiliyyətinə sahibdir deməkdir. EPS və mineral yunlar bu barədə quruluşundan aslı olaraq əsasən 0.045-0.032 arasında dəyişdiyi halda XPS-lər isə bu göstərici 0.032-0.028 arasında dəyişir. Buna görədə bu halda XPS digər rəqiblərini azda olsa qabaqlayır.
Başqa bir göstərici isə məhsulun suya qarşı göstərdiyi dayanıqlılıqdır. Bu halda da XPS-lərdən digər rəqiblərini qabaqlayır az öncə qeyd etdiyim ektrüde olunmuş polistrollar qapalı hücrəli məhsullardır. Bu onları nəfəs almamaq kimi mənfi özəllik verməsi ilə yanaşı suya qarşı daha dayanıqlı olması kimi müsbət özəlliyə sahib olmasına da şərait yaradır. Burda sual oluna bilər ki, fasadda daş yunu istifadə olunur onlar necə? Mineral yun və EPS-lərində istifadəsə səhəsinə uyğun olaraq kifayət qədər suya qarşı dayanıqlılığı təbii ki, mövcuddur və lakin rəqibləri ilə müqayisədə XPS-lərdə daha öndə olur.
Bu qədər özəlliyi dedik aydındır bəs hansı materialları harda istifadə etsək daha uyğun olar daha effektli olar? Biz Dewalla izolyasiya şirkəti olaraq tövsiyyə edirik ki, mansardlar, daxili divarlar, mərtəbə arası və karkaslı döşəmələrdə mineral yunlardan istifadə edilməlidir. Bünövrə, düz damlar, üzəri betonlanacaq döşəmələr üçün isə polistrol əsaslı məhsullardan istifadə edilməsi daha məntiqə uyğundur. Və son olaraq montalama zamanı xarici divarların fasadlarında isə aşağıdan olan ilk cərgə polistrol əsaslı məhsullarla sonradan isə daş yunları ilə vurulması daha düzgün hesab olunur.
Rəy bildir