Finlandiya markası olan Paroc şirkəti bina tikintisi- təmiri, gəmiqayırma, dəniz strukturları və digər sənaye səhələri üçün bazalt əsaslı yanmaz istilik və səs izolyasiya materialları təklif edir
80 ildən artıq tarixçəsi olan Paroc şirkəti istehsal etdiyi yüksək performanslı, dəyişməz keyfiyyətli və davamlılığı ilə seçilən məhsulları ilə ev sahiblərindən tutmuş memarlara kimi müsbət şöhrətə sahibdir. Paroc hazırda izolyasiya bazarında brendləşmiş bir dünya lideridir belə ki sözü gedən marka Almaniya, İngiltərə, Amerika, İsveç, Rusiya, Finlandiya, Norveç kimi ölkələrdə ən çox tövsiyyə edilən izolyasiya məhsulları siyahısına daxildir.
Şirkətin istehsal etdiyi məhsulların əsas üstün cəhətlərindən biri odur ki, istehsalat zamanı bir qayda olaraq ən keyfiyyətli xammaldan istifadə olunur hətta Rusiya ərazisində yerləşən zavodlarda belə bəzi kompanentlər Paroc-un tələblərinə cavab vermədiyindən Finlandiyadan gətizdirilir. Buda əlbəttə ki, istehsal olunan məhsulun texniki göstəricilərində öz sözünü deyir.
Bəs bu üstünlüklər hansılardır?
- Dəyişməz istilik keçiricilik əmsalı- izolyasiya məhsullarında ən önəmli göstərici məhz istilik keçiricilik əmsalı hesab olunur. Bu əmsal məhsul bir tərəfdən digər tərəfə neçə hansı səviyyədə istiliyi keçirdiyini göstərir. Bu əmsalın mümkün qədər az olması məhsulun izolyasiya keyfiyyətinin göstəricisidir.
- Qatların ayrılma qüvvəsi- Fasad daş yunlarında etibarlılığı göstərən əmsallardan biridir. Beləki, daş yunları mineral liflərin əmələ gətirdiyi qatlardan ibarət olduğundan bu göstərici həmin liflərin bir birinə nə qədər sıx olduğunu və hansı qüvvə zamanı ayrıldığını götərir.
- Deformasıya üçün tələb olunan qüvvə- Bu əmsal məhsula kənardan hansı ölçüdə qüvvə tətbiq olunduqda deformasiyaya uğradığının göstəricisidir. Bu fasadlarda hansı səviyyədə zərbəyə məruz qaldıqda dağılma baş verər və ya döşəmərdə tətbiq olunan hansı ağırlığa qədər tab gətirə biləcəyini təyin edir.
- Səs izolyasiya- Səs izolyasiyası məhsuldakı hava boşluqlarının mineral liflərin quruluşundan bir başa aslıdır. Paroc şirkəti xüsusi texnologiya hazırladığı məhsullar səs izolyasiyası üçün ideal quruluşa sahib olur.
- Ekoloji təmizlik və sağlamlıq- Paroc şirkənin adicə qablaşdırmaları belə təbiətə zərər verməyən və zamanla məhv ola biləcək növ paketlərdən istifadə olunur. Adi qablaşdırmanısını belə ekoloji təmizliyinə önəm verən bir şirkətin məhsulunun keyfiyyətindən danışmağa belə gərək qalmır. Paroc məhsulları ən az üzvi maddələrə sahib olduğunu rahatlıqla demək olar.
Qeyd edək ki, 2018 ildə Paroc şirkətini dünyaca məşhur Owens Corning şirkətinin bir hissəsi oldu. Hansı ki, bu şirkətin məhsulları izolyasiya və dam örtükləri sektorunda premium məhsullar istehsal edir.
Teqlər: paroc daş yunu mineral yun istilik və səs izolyasiyası
Rəy bildir