Su izolyasiya bitum polimer membranı ICOPAL Villateks N EPP 3,0
- Məhsul kodu: 140028
160.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 1x15 m
- Rulon həcmi: 15 m²
- Marka: İcopal
- Baxış sayı: 5599
- Mövcudluq: Anbarda var
İcopal şirkətinə məxsus fiber kətan-bitum əsaslı "Villateks N EPP 3.0" membranı yüksək yanma dayanıqlılığı olan bir məhsuldur. Beləki, membran yüksək istilikdə zamanından artıq qızdırıldıqda belə öz rəqiblərində daha yaxşı dayanıqlılıq nümayiş etdirir. Qeyd edək ki, bitum membran məhsulların həddindən artıq qızdırılması keyfiyyətinə mənfi təsir edir, bəzən isə məhsulun yararsız vəziyyətə düşməsinə səbəb olur. "Villateks N EPP 3.0" bitum membranında isə bu problem nəzərə alınaraq istehsal edilir.
Məhsulun başqa bir üstün xüsusiyyəti isə boşluqları doldurma özəlliyidir. Bitum əsaslı membranlar quraşdırılma zamanı alt hissələrdə boşluq yarandığında yırtılma kimi xoşa gəlməz hallar baş verir. İcopal membranı isə yüksək keyfiyyətli bitumdan hazırlandığından özünün boşluqları doldurma kimi özəlliyə sahibdir və bununla daha etibarlı izolyasiya yaradır.
İcopal "Villateks N EPP 3.0" bitum membranı sahibkarlar qədər ustalarında sevimli məhsuludur. Məhsul çox rahat və sürətli quraşdırılır. Böyük yapışma temperatur aralığına sahib olması həm artıq qaz israfina həm də etibarlı quraşdırılmaya səbəb olur.
Üstünlükləri:
- Mükəmməl su və buxar izolyasiya bariyeri.
- Sürətli və rahat montaj.
- Boşluqları doldurma özəlliyi.
- Daha uzun müddətli yanğına davamlılıq.
Qablaşdırma və saxlanma:
Məhsulu şaquli olaraq düz bir formada saxlayın. Bir başa olaraq nəmdən və günəş şüalarından qorumağa çalışın. Məhsul xüsusi olaraq İcopal logolu yüksək keyfiyyətli bağlamalar halında qablaşdırılır.
Həndəsi ölçüləri | |
---|---|
Eni | 1 m |
Uzunluq | 15 m |
Bitum membranın əsas texniki göstəriciləri | |
Növü | Fiber kətan-bitum əsaslı |
Səthi | Polietilen plyonka |
Çəkisi | 3 kq/m2 |
Qırılma qüvvəsi | 800 N/50 mm |
İstilik müqaviməti | 85 C (min 2 saat) |
Membranın kövrəklik temperaturu | - 15 C |
24 saat ərzində 0.2 MPa-dan az olmayan təzyiqdə su keçirmə | 0 % |
24 saat ərzində çəkiyə görə su udma | 1.5 % |