Su izolyasiya bitum polimer membranı qumlu ICOPAL Villafleks V TKP 4,5 10 m2
- Məhsul kodu: 140023
75.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 1x10 m
- Rulon həcmi: 10 m2
- Marka: İcopal
- Baxış sayı: 10643
- Mövcudluq: 7-14 günə sifarişlə
İcopal şirkətinə məxsus fiber kətan-bitum əsaslı "Villafleks İzol V TKP 4.5" izolyasiya membranı yüksək yanma dayanıqlılığı olan bir məhsuldur. Beləki, membran yüksək istilikdə zamanından artıq qızdırıldıqda belə öz rəqiblərində daha yaxşı dayanıqlılıq nümayiş etdirir. Qeyd edək ki, bitum membran məhsulların həddindən artıq qızdırılması keyfiyyətinin aşağı düşməsinə bəzən isə yararsız vəziyyətə düşməsinə səbəb olur. "Villafleks İzol V TKP 4.5" üzəri qumlu bitum membranını isə bu problemlər nəzərə alınaraq istehsal edilir.
Məhsulun başqa bir üstün xüsusiyyəti isə boşluqları doldurma özəlliyidir. Bitum əsaslı membranlar quraşdırılma zamanı alt hissələrdə boşluqlar yarandığında yırtılma kimi xoşa gəlməz hallar baş verir . İcopal membranları isə yüksək keyfiyyətli bitumdan hazırlandığından özünün boşluqları doldurma kimi özəlliyə sahibdir və bununla daha etibarlı izolyasiyaya imkan verir.
İcopal "Villafleks İzol V TKP 4.5" bitum membranı sahibkarlar qədər ustaların da sevimli məhsulu olacaq. Məhsul çox rahat və sürətli quraşdırılır. Böyük yapışma temperatur aralığı isə həm artıq qaz israfina həm də etibarlı quraşdırılmaya səbəb olur.
Üstünlükləri:
- Mükəmməl su və buxar izolyasiya bariyeri.
- Uzun ömürlü və etibarlı.
- Boşluqları doldurma özəlliyi.
- Daha uzun müddətli yanğına davamlılıq.
Qablaşdırma və saxlanma:
Məhsulu şaquli olaraq düz bir formada saxlayın. Bir başa olaraq nəmdən və günəş şüalarından qorumağa çalışın. Məhsul xüsusi olaraq "İcopal logolu yüksək keyfiyyətli bağlamalar halında qablaşdırılır.
Həndəsi ölçüləri | |
---|---|
Eni | 1 m |
Uzunluq | 10 m |
Bitum membranın əsas texniki göstəriciləri | |
Növü | Fiber kətan-bitum əsaslı (Parçalı) |
Səthi | Qumlu |
Çəkisi | 4.5 kq/m2 |
Qırılma qüvvəsi | 800 N/50 mm |
Dartılma elastikliyi | - |
İstilik müqaviməti | 95 C (min 2 saat) |
Membranın kövrəklik temperaturu | - |
24 saat ərzində 0.2 MPa-dan az olmayan təzyiqdə su keçirmə | 0 % |
24 saat ərzində çəkiyə görə su udma | 1 % |