Su izolyasiya bitum polimer membranı ICOPAL Ultra N EPP 4,0 10 m2
- Məhsul kodu: 140003
73.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 1x10 m
- Rulon həcmi: 10 m2
- Marka: İcopal
- Baxış sayı: 12442
- Mövcudluq: 7-14 günə sifarişlə
Yüksək keyfiyyətli polimer-bitum əsaslı tərkibi ilə seçilən "Ultra N EPP 4.0" İcopal şirkətinin üst seqmentinə məxsus bitum su izolyasiya məhsuludur. 4 kq/m2 çəkiyə sahib olan məhsul istənilən növ dam və bünövrələrdə istifadə oluna bilər.
Mükəmməl texniki göstəricilərə sahib olan məhsulu istər tək qatlı istərsə də iki qatlı olaraq istifadə etmək mümkündür. Etibarlılığı ilə seçilən membran hər iki halda belə 30 il müddətində xidmət ömrünə sahibdir.
Məhsul ən yaxşı xammallardan hazırlandığından kimyəvi ətalətliliyi mövcuddur. Beləki, heç bir halda üzərinə düşə biləcək hər hansı bir tikinti məhlulları ilə rekasiyaya girib öz keyfiyyətini itirmir.
"Ultranap N EPP 4.0" iki növ xidmət üçün nəzərdə tutub. Həm su izolyasiya materialı kimi həm də ki, yüksək etibarlı buxar izolyasiya materialı kimi əvəz olunmaz vasitə hesab edilir.
Üstünlükləri:
- Mexaniki stressə və temperatura davamlılıq.
- Mükəmməl texniki göstəricilər.
- Kimyəvi ətalətlilik və uzun xidmət ömrü.
- Tək qatlı izolyasiyada belə mükəmməl hidromüdafiə.
Qablaşdırma və saxlanma:
Məhsulu şaquli olaraq düz bir formada saxlayın. Bir başa olaraq nəmdən və günəş şüalarından qorumağa çalışın. Məhsul xüsusi olaraq "İcopal logolu yüksək keyfiyyətli bağlamalar halında qablaşdırılır.
Həndəsi ölçüləri | |
---|---|
Eni | 1 m |
Uzunluq | 10 m |
Bitum membranın əsas texniki göstəriciləri | |
Növü | Polimer-bitum əsaslı |
Səthi | Polietilen plyonka |
Çəkisi | 4 kq/m2 |
Qırılma qüvvəsi | 650 N/50 mm |
Dartılma elastikliyi | 45 % |
İstilik müqaviməti | 100 C (min 2 saat) |
Membranın kövrəklik temperaturu | - 40 C |
24 saat ərzində 0.2 MPa-dan az olmayan təzyiqdə su keçirmə | 0 % |
24 saat ərzində çəkiyə görə su udma | 1 % |