Su izolyasiya bitum polimer membranı qumlu ICOPAL Villafleks V EKP 4,5
- Məhsul kodu: 140007
102.50 AZN
0AZN - 0% - 6ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 1x10 m
- Rulon həcmi: 10 m²
- Marka: İcopal
- Baxış sayı: 10677
- Mövcudluq: Özəl sifarişlə
Elastikliyi və davamiyyəti ilə seçilən "Villafleks V EKP 4.5" İcopal şirkətinə məxsus polimer-bitum əsaslı üzəri qumlu su izolyasiya məhsuludur. Bitum membranların ən yüksək keyfiyyətli növü sayılan polimer-bitum əsaslı izolyasiya məhsulları istənilən sahələrdə istifadəyə uyğundur.
Tərkib hissəsinin keyfiyyətli olmasından dolayı məhsul böyük statik təzyiqlərə davam gətirə bilir. Buda İcopal "Villafleks V EKP 4.5" məhsulunun yırtılma və çırılma kimi problemlərə qarşı daha dayanıqlı edir.
Bundan əlavə olaraq məhsulun tərkibi ona daha aşağı temperaturda yapışmaya və daha yüksək temperatura davamiyyətə imkan verir. Nəzərə alsaq ki, bitum membran izolyasiya məhsullarının ən böyük problemləri məhz yüksək temperatura davamlılığın az olması və ya aşağı temperaturda yapışma qabiliyyətinin zəif olmasıdır bu zaman "Villafleks V EKP 4.5"-i problemsiz məhsul adlandırmaq olar.
Məhsul iki növ xidmət üçün nəzərdə tutulub həm su izolyasiya materialı kimi həmdə yüksək etibarlı buxar izolyasiya materialı kimi əvəz olunmaz vasitə hesab edilir.
Üstünlükləri:
- Mükəmməl su və buxar izolyasiya bariyeri.
- Dayanıqlı və etibarlı.
- Yüksək elastiklilik.
- Daha uzun müddətli yanğına davamlılıq.
Qablaşdırma və saxlanma:
Məhsulu şaquli olaraq düz bir formada saxlayın. Bir başa olaraq nəmdən və günəş şüalarından qorumağa çalışın. Məhsul xüsusi olaraq "İcopal logolu yüksək keyfiyyətli bağlamalar halında qablaşdırılır.
Həndəsi ölçüləri | |
---|---|
Eni | 1 m |
Uzunluq | 10 m |
Bitum membranın əsas texniki göstəriciləri | |
Növü | Polimer-bitum əsaslı |
Səthi | Qumlu |
Çəkisi | 4.5 kq/m2 |
Qırılma qüvvəsi | 615 N/50 mm |
Dartılma elastikliyi | 45 % |
İstilik müqaviməti | 100 C (min 2 saat) |
Membranın kövrəklik temperaturu | - |
24 saat ərzində 0.2 MPa-dan az olmayan təzyiqdə su keçirmə | 0 % |
24 saat ərzində çəkiyə görə su udma | 1 % |