İstilik izolyasiya XPS Texnonikol Carbon Eco 20 mm 600x1200 mm (20 plitə)
- Məhsul kodu: 600016
70.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Paket və ya 1 m²
- Ölçüləri: 20x600x1200 mm
- Paket həcmi: 14.4 m2
- Marka: Texnonikol
- Baxış sayı: 15253
- Mövcudluq: Anbarda var
XPS "Technonicol Carbon Eco" 20 mm-lik məhsul xarici fasadlarda, az yükə məruz qalan döşəmə sistemlərində bünövrələrdə və s. bu kimi sahələrdə istilik izolyasiyası məqsədi ilə istifadə olunur. Məhsul su keçirməz quruluşa sahib olduğundan istilik izolyasiyası ilə yanaşı tikililərin bir sıra yerlərdə su izolyasiya məqsədli də istifadə olunur. Material effektiv izolyasiya əldə etməyə imkan verir və aşağı mərtəbəli kottec tikintisində xarici strukturların istilik izolyasiyası üçün optimal şəkildə uyğun gəlir.
Üstünlükləri:
- Suya və nəmişliyə qarşı dayanıqlı.
- Mükəmməl istilik izolyasiya qabiliyyəti.
- Yüksək yük götürmə qabiliyyəti.
- Rahat montaj imkanı.
Qablaşdırma və saxlanma:
Məhsul eni 600 mm uzunluğu 1200 mm olan 14.4 m2-lik polietilen paketlərdə olur. Məhsulu günəş şüalarından uzaq və +75 C-dən aşağı temperaturda saxlanması tövsiyyə olunur.
Diqqət:
Məhsul yanğına qarşı dayanıqsız və üzvi maddələrdən hazırlandığından 75 C-dən yuxarı istilik ola biləcək yerlərin izolyasiyasında tövsiyyə olunmur!
Həndəsi ölçüləri | |
---|---|
Materialın forması | Plitə |
Qalınlıq | 20 mm |
Eni | 600 mm |
Uzunluq | 1200 mm |
Plitə sayı | 20 əd |
Paket həcmi | 14,4 m² |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Material növü | Ekstruziya olunmuş penopolistirol (XPS) |
Yanma sinifi | B2 (Yanan) |
İstilik keçiricilik əmsalı λ10 | 0.034 W/m*K |
10% deformasiyada sıxılma gücü | 100 kPa |
Buxar keçiriciliyi | 0.008 mg/m*h*Pa |
Suya davamlılıq | 0.4 % |
Sıxlıq | 26-32 kq/m3 |