Özü yayılan şap WEBER VETONIT FINISH LEVEL ECO 20 kq
- Məhsul kodu: 130066
26.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Kisə
- İstifadə miqdarı- 1,6 kq
- Çəkisi- 20 kq
- Marka: Weber
- Baxış sayı: 9452
- Mövcudluq: Anbarda var
"WEBER VETONIT FINISH LEVEL ECO" daxili məkanlarda düz və hamar səth əldə etmək üçün istifadə olunan özü yayılan şap materialıdır. Material daha incə dənəciklərə sahib olduğundan son qatda daha mükəmməl hamarlıqla yanaşı daha dayanıqlı təbəqə əldə etməyə də imkan verir.
"Weber Vetonit" şirkətinə məxsus olan özü yayılan şapı müxtəlif döşəmə örtüklərinin altında son qat qəbəqəsi kimi istifadə etmək mümkündür. Bunlara misal olaraq: Seramik plitələr, linoleum, laminat və s. digər örtüklər daxildir. Məhsul həmçinin yerdən isitməli döşəmə sistemləri üçün də istifadəyə əlverişlidir.
Təkmilləşdirilmiş texniki göstəricilər sayəsində istər nəm, istərsə də quru olan daxili sahələrdə istifadə oluna bilər. Materialı minimum 1 maksimum isə 10 mm qalınlıqlarda istifadə etmək tövsiyyə olunur.
Üstünlükləri:
- İsti döşəmə sistemləri üçün əlverişlidir.
- 1-10 mm qalınlıqlarda istifadə edilə bilər.
- Həm nəm, həmdə quru olan daxili sahələr üçün yararlı.
- Müxtəlif növ son örtük səthlərdə istifadəyə uyğundur.
Bunları bilmək vacibdir:
İstehsalçı digər istehsalçıların astarlarından istifadə edərkən yaranan səthin keyfiyyətinə və davamlılığına zəmanət vermir.
Materialı tətbiq etməzdən əvvəl betonun astarlanması üçün tərkibində kvars qumu dənəcikləri olan astarlardan istifadə etmək qadağandır.
Göstərilən miqdarda su ilə qarışdırmaq lazımdır! Əks təqdirdə su məhlulun quruma prosesini ləngidir, döşəmənin möhkəmliyini zəiflədir və çatların əmələ gəlməsinə şərait yaradır.
Yapışdırıcının əsas texniki göstəriciləri | |
---|---|
Rəngi | Boz |
İstifadə miqdarı | 1.6 kq/m2/mm |
Su ilə qarışdırılma miqdarı | 0.26-0.28 lt/kq |
Maksimum qalınlıq | 1-10 mm |
Açıq qalma müddəti | 30 dəq |
İstifadəyə açma müddəti | 4 saat |
Tətbiq temperaturu | +10...+25 C |
Davamiyyət temperaturu | -0...+70 C |
Həndəsi ölçüləri | |
Həcmi | 20 kq |