Özü yayılan şap WEBER VETONIT FAST 4000 20 kq
- Məhsul kodu: 130049
26.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Kisə
- İstifadə miqdarı- 1,6 kq
- Çəkisi- 20 kq
- Marka: Weber
- Baxış sayı: 1718
- Mövcudluq: Anbarda var
"Weber Vetonit" şirkətinə məxsus olan "FAST 4000" özü yayılan ağıllı şapı müxtəlif sahələrdə düz və hamar səth əldə etmək üçün istifadə olunur. Material sadəcə son qatda istifadə olunan hamarlayıcı düz səth kimi deyil də həmçinin təmir və beton səth (styaşka) təbəqəsi kimi də istifadə oluna bilər.
Çatlamağa qarşı yüksək davamlılığı ilə seçilən bu materialı müxtəlif döşəmə örtüklərinin altında son qat qəbəqəsi kimi istifadə etmək mümkündür. Bunlara misal olaraq: Seramik plitələr, linoleum, və s. digər örtüklər daxildir. Məhsul həmçinin yerdən isitməli döşəmə sistemləri üçün də istifadəyə əlverişlidir.
"WEBER VETONIT FAST" özü yayılan ağıllı şap materialı istər nəm, istərsə də quru olan daxili sahələrdə istifadə oluna bilər. Materialı minimum 3 maksimum isə 80 mm qalınlıqlarda istifadə etmək tövsiyyə olunur.
Üstünlükləri:
- 3-ü məhsul 1 kisədə şap, təmir və beton təbəqə (styaşka) üçün yaralıdır.
- 3-80 mm qalınlıqlarda istifadə edilə bilər.
- Həm nəm, həmdə quru olan daxili sahələr üçün yararlı.
- Müxtəlif növ son örtük səthlərdə istifadəyə uyğundur.
Bunları bilmək vacibdir:
İstehsalçı digər istehsalçıların astarlarından istifadə edərkən yaranan səthin keyfiyyətinə və davamlılığına zəmanət vermir.
Materialı tətbiq etməzdən əvvəl betonun astarlanması üçün tərkibində kvars qumu dənəcikləri olan astarlardan istifadə etmək qadağandır.
Göstərilən miqdarda su ilə qarışdırmaq lazımdır! Əks təqdirdə su məhlulun quruma prosesini ləngidir, döşəmənin möhkəmliyini zəiflədir və çatların əmələ gəlməsinə şərait yaradır.
Yerdən isitməli sistemlərdə istifadə üçün sadəcə elektikli olan növlər üçün istifadə yaralıdır.
Yapışdırıcının əsas texniki göstəriciləri | |
---|---|
Rəngi | Boz |
İstifadə miqdarı | 1.6 kq/m2/mm |
Su ilə qarışdırılma miqdarı | 0.26-0.27 lt/kq |
Maksimum qalınlıq | 3-80 mm |
Açıq qalma müddəti | 30 dəq |
İstifadəyə açma müddəti | 4 saat |
Tətbiq temperaturu | +10...+25 C |
Davamiyyət temperaturu | -0...+70 C |
Həndəsi ölçüləri | |
Həcmi | 20 kq |