Düz dam üçün yapışqanlı bitum əsaslı (tol) su izolyasiyası Texnonikol Master (1x8 m)
- Məhsul kodu: 100597
104.00 AZN
Endirimlə 83.00 AZN
0AZN - 0% - 3ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 1x8 m
- Rulon həcmi: 8 m2
- Marka: Texnonikol
- Baxış sayı: 4761
- Mövcudluq: Anbarda var
Texnonikol Master bina və düz damların, istismar olunmayan damlarını su izolyasiyası üçün iri dənəli örtüyü ilə öz-özünə yapışan bitum-polimer rulon materialıdır.
Texnonikol Master düz dam örtüyünün su izolyasiyası, poliester əsasını SBS polimerləri olan bitum bağlayıcısı ilə hopdurmaqla və tolun alt tərəfinə öz-özünə yapışan bitum təbəqəsi çəkməklə əldə edilir. Materialın üst təbəqəsi qat, alt təbəqəsi isə silikonlaşdırılmış çıxarıla bilən təbəqədir. Üst tərəfində material silikonlaşdırılmış çıxarıla bilən təbəqə ilə qorunan uzununa bitum zolağına malikdir.
Təyinatı:
Texnonikol Master materialı, məişət məqsədləri üçün bina və qurğuların, qarajların, yardımçı tikililərin, düz dam, istismar olunmayan damlarının və s. tək qatlı dam örtüyünün tikintisi üçün nəzərdə tutulub.
Üstünlükləri:
• Özü yapışan
• Rahat montaj
• 20 il xidmət müddəti
Qablaşdırma və saxlanma:
Öz-özünə yapışan materialların rulonları şaquli olaraq tək təbəqə şəklində, dərəcəyə görə çeşidlənərək, nəmdən və günəş işığından qorunma təmin edən şəraitdə, istilik cihazlarından ən azı 1 metr məsafədə, -35°C ilə +35°C arasında dəyişən temperaturda saxlanılmalıdır.
Materialın zəmanəti istehsal tarixindən etibarən 18 aydır.
| Həndəsi ölçüləri | |
|---|---|
| Qalınlıq | 4.2 mm |
| Eni | 1 m |
| Uzunluq | 8 m |
| Digər özəllikər | |
| Beton yapışma gücü | 0.2 MPa |
| Çəkisi | 5 kq/1m² |
| Elastiklik temperaturu | -15 ºC |
| Eni istiqamətində maksimum dartılma gücü | 500 Н/50 mm |
| İstilik müqaviməti | +100 ºC |
| Metala yapışma gücü | 0.2 MPa |
| Uzunlamasına istiqamətində maksimum dartılma gücü | 700 Н/50 mm |