Pratix S® qazbeton, beton və daş divarlara suvaq çəkilməsində istifadə edilən, sement əsaslı və polimer qatqılı suvaq materialıdır. Məhsul ГОСТ 28013 - 2008 standartının tələblərinə uyğundur. İstifadə sahələrinə misal olaraq, istənilən qazbeton ilə hörülmüş divarlara suvaq çəkilməsində; daxili və xarici məkanlarda; rənglənməzdən əvvəl hamar səthin əldə edilməsi üçün sement əsaslı səthlərdə istifadə edilir.
Üstünlükləri:
- Asan hazırlanır və istifadə edilir.
- İstifadə müddəti uzundur.
- Yapışma müqaviməti yüksəkdir.
- Daxili və xarici məkanlarda istifadə edilə bilər.
Saxlanma qaydası:
Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır. Saxlanma muddəti düzgün anbarlama şərtlərində, istehsal tarixindən etibarən 12 aydır.
Yapışdırıcının əsas texniki göstəriciləri | |
---|---|
Yapışma qüvvəsi | ≥ 0,50 N/mm2 |
Davamiyyət temperaturu | -20°C...+80°C |
Həndəsi ölçüləri | |
Həcmi | 25 kq |
Fasad məhsulunun əsas texniki göstəricilər | |
Rəngi | Ağ |
İstifadə miqdarı | 1.2 kq/m2/mm |
İstifadə olunmalı qalınlıq | 2-10 mm |
Hazır məhsulun quruma müddəti | 2 saat |
Quruma müddəti | 28 gün |
Tətbiq temperaturu | +5...+25 C |