MR.FİX İzomax C 70 UV - Sement əsaslı iki komponetli UV davamlı tam elastik su izolyasiya (33 kq)
- Məhsul kodu: 100348
79.15 AZN
Endirimlə 65.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Kisə və ya 1 m²
- İstifadə miqdarı: 4 kg
- Həcmi: 33 kg
- Marka: Mr.fix
- Baxış sayı: 11369
- Mövcudluq: Anbarda var
"Mr.Fix" şirkətinə maxsus olan "İzomax C70" məhsulu məxsus sement və akril dispersiya əsaslı su izolyasiya materialıdır. Material iki kompanentdən ibarətdir, birinci kompanent A sement əsaslı (toz halında) 25 kq, ikinci B akril dispersiya əsaslı (maye halında) kompanent isə 8 kq təşkil edir. Material 3 bar effektivlik üçün sərfiyyat 4 kq/m2 olmaqla, 7 bar effektivlik üçün sərfiyyat isə 6 kq/m2 olmalıdır.
"Mr.Fix İzomax C70 UV" tam elastik su izolyasiya materialı istənilən növ sahələrdə hovuzlarda, içməli su çənlərində, sanitar qovşaq, hamam, mətbəx, balkon, terras və digər bunun kimi bütün daimi və ya qismən su, nəm ilə qarşılıqlı təmas olan məkanlarda istifadə edilməsi mümkündür.
Material "UV" dayanıqlı olduğundan terraslar, açıq balkonlar, yüngül gəzintisi olan digər xarici və açıq sahələrdə belə rahatlıqla istifadə oluna bilər.
Üstünlükləri:
- UV dayanıqlı.
- Tam elastik izolyasiya.
- Daxili və xarici sahələrdə istifadəyə yararlı.
- İçməli su hövzələrində istifadəsi mümkün
Saxlanma qaydası:
Açılmamış orijinal qablaşdırmada birbaşa günəş şüalarının təsirindən qoruyaraq, sərin və quru şəraitdə, donmadan qorunaraq saxlanmalıdır.
| Həndəsi ölçüləri | |
|---|---|
| Həcmi | 25+8 kg |
| Fasad məhsulunun əsas texniki göstəricilər | |
| Quruma müddəti | 7 gün |
| Yapışma qüvvəsi | ≥ 1,50 N/mm² |
| Məhsulun əsas texniki göstəriciləri | |
| Rəngi | Ağ |
| Suya qarşı müqavimət göstəricisi | 7 bar |
| Tətbiq temperaturu | +5°C +25°C |