Flomax SL Primer - əmici səthlər üçün kopolimer, akrilik əsaslı, astar materialıdır. Məhsul, qazbeton, alçipan, gips əsaslı suvaq, əhəngli suvaq və ağac-yonqar lövhə kimi əmici səthlərin əmiciliyinin azaldılması və tozdan təmizlənməsi məqsədi ilə;özü yayılan (Self-leveling) döşəmə material tətbiq ediləcək səthin əmiciliyini azaltmaq məqsədi ilə;divar kağızı və boya tətbiqindən əvvəl istifadə olunur.
Üstünlükləri:
- İstifadə olunan səthlərdə suyun sürətlə itməsinin və səthə tətbiq olunan materialın çatlamasının qarşısını alır.
- Səthi rütubətdən qoruyur.
- Tərkibində solvent yoxdur, daxili və xarici məkanlarda istifadə oluna bilər.
Saxlanma qaydası:
Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır.
Həndəsi ölçüləri | |
---|---|
Həcmi | 10 kq |
Fasad məhsulunun əsas texniki göstəricilər | |
Rəngi | Ağ |
Quruma müddəti | 24 saat |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Sıxlıq | 1,003 kq/lt |
Məhsulun əsas texniki göstəriciləri | |
Tətbiq temperaturu | +5°C...+30°C |