"Weber.vetonit mosaic" ağ rəngli yapışdırıcı, mozaiklərin yapışdırılması zamanı onların təbii rənginin saxlanmasına şərait yaradır. Məhsul mozaiklərdən əlavə olaraq təbii daşların və digər keramikalar yapışdırılması da mümkündür.
C1T sinifinə aid olan yapışdırıcı, isti döşəmə sistemlərində belə müxtəlif növ keramikalar yapışdırılmasında rahatlıqla istifadə edilə bilər.Su itələyici özəlliyə sahib olan "Weber.vetonit mosaic", elastiklik tələb olunmayan istənilən su ilə təmasda olunan səthlərdə istifadə oluna bilər.
Üstünlükləri:
- Keramika və təbii daşların rənglərinin saxlanması.
- Uzun xidmət ömrü və etibarlılıq.
- Geniş temperatur aralıqlarına davamlılıq.
- İsti döşəmə sistemlərində istifadəyə uyğun.
Saxlanma qaydası:
Məhsul istehsal tarixindən başlayaraq 12 ay müddətində günəş şüalarından uzaq, nisbi rütubəti 60%-dən çox olmayan quru yerlərdə saxlanmalı.
Yapışdırıcının əsas texniki göstəriciləri | |
---|---|
Sinifi | C1T |
Rəngi | Ağ |
İstifadə miqdarı | 1.3 kq/m2/mm |
Su ilə qarışdırılma miqdarı | 0.22-0.25 lt/kq |
Maksimum qalınlıq | 15 mm |
Açıq qalma müddəti | 20 dəq |
İstifadəyə açma müddəti | 24 saat |
Dərz dolğu istifadəsi üçün gözləmə müddəti | 24 saat |
Yapışma qüvvəsi | 1.2 MPa |
Tətbiq temperaturu | +5...+30 C |
Davamiyyət temperaturu | -40...+70 C |
Həndəsi ölçüləri | |
Həcmi | 25 kq |