Koelner KI - 120 N (D=4.3)
- Məhsul kodu: 160011
70.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Paçqa və ya Ədəd
- Uzunluğu: 120 mm
- Diametri: 10 mm
- Marka: Koelner
- Baxış sayı: 9804
- Mövcudluq: Anbarda var
Dünya tikinti bazarında öz sözünü demiş İngiltərə markası olan "Rawlplug" şirkəti "Koelner" markası altında istehsal etdiyi dübellər izolyasiya materiallarının bərkidilməsində əvəz edilməz və ən etibarlı seçimdir. Digər dubellərdən daha dayanıqlı olan "Koelner KI" xüsusi dəmir mismara sahib olması onun qırılma ehtimalının qarşısını alır.
Kİ-120 N dubelinin başqa müsbət cəhəti də xüsusi başlığı ilə istilik itikisini minimuma endirməsidir. Fasad istilik izolyasiyası plitələrinin montalanması zamanı bir qayda olaraq dubellərdən istilik itkiləri baş verir lakin "Koelner" şirkəti bunu nəzərə alaraq istehsal etdiyi dubellərdə xüsusi örtüklə bu itkini minimuma endirir.
Məhsul bütün növ fasad istilik izolyasiyası plitələrinin beton, müxtəlif növ kərpiclərə və qaz betonlara bərkidilməsində ideal nəticə göstərir. Bundan əlavə bütün "Koelner" məhsulları bir bağlayıcının sahib ola biləcəyi bütün keyfiyyət sertifikatlarına sahibdir.
Üstünlükləri:
- Sink metal qarışımı ilə yüksək dayanıqlı içlik mismarı.
- İstilik itkisinin qarşısını almaq üçün xüsusi başlıq.
- İstənilən növ izolyasiyanın bərkidilməsinə uyğun.
- ETA və Dop kimi sertifikatlara sahib təstiqlənmiş etibarlılıq.
Montaj qaydaları:
Montaj olunacaq izolyasiya materialının maksimum qalınlığı 50 mm, səthlə izolyasiya materialı arasındakı suvaq və yapışdırıcının qalınlığı isə 10 mm-dən artıq olmamalıdır. Dubelin quraşdırılması zamanı 10 mm-lik qazmadan (sverlo) istifadə edilməli və qazılan dəliklə montaj olunmuş dubel arasında 10 mm-lik məsafə olunması tövsiyyə olunur.
Həndəsi ölçüləri | |
---|---|
Qutudakı miqdar | 250 əd |
Diametri | 10 mm |
Uzunluq | 120 mm |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Manjet gücü | 1.23 kN |
Manjet sərtliliyi | 0.5 kN/mm |
İstilik keçiricilik əmsalı λ10 | 0.003 W/K |