Weber.vetonit profi plus
- Məhsul kodu: 130029
20.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: ədəd
- İstifadə miqdarı: 1.35 kq
- Həcmi: 25 kq
- Marka: Weber
- Baxış sayı: 11030
- Mövcudluq: Anbarda var
Universal yapıdırıcı hesab olunan "Weber.vetonit profi plus" keramika yapışdırıcısı, hazırlandığı zaman digər yapışdırıcılardan çox aşağı səviyyədə tozlanma yaradır. Bu özəllik daxili yerlərdə ətrafın az çirklənməsinə şərait yaradır. Bundan əlavə olaraq məhsulu havalandırılması olmayan otaqlarda belə istifadə etmək mümkündür.
150 dövrlük şaxta müqavimətinə sahib olan yapışdırıcı, xarici səthlər üçündə etibarlı vasitə hesab olunur. Məhsulu rahat bir şəkildə az təzyiq olunan əhaliyə açıq yerlərdə- restoran, kiçik mağazalar, və s. istifadə etmək mümkündür. "Weber.vetonit profi plus" etibarlı yapışmaq qüvvəsi, səthlərin düzəldilməsi kimi üstünlükləri ilə yanaşı 15 mm-lik qalınlıqla belə istifadə oluna bilər.
Üstünlükləri:
- Daxili və xarici səthlər üçün etibarlı yapışma.
- Rəqiblərindən daha az tozlanma.
- Şaxtaya qarşı dayamıqlı.
- 15 mm-dək qalınlıq imkanı.
Saxlanma qaydası:
Məhsul istehsal tarixindən başlayaraq 12 ay müddətində günəş şüalarından uzaq, nisbi rütubəti 60%-dən çox olmayan quru yerlərdə saxlanmalı. Nəzərə çatdıraq ki, stokdakı məhsul rəf ömrünü keçmişdir (17.07.2021).
Yapışdırıcının əsas texniki göstəriciləri | |
---|---|
Rəngi | Boz |
İstifadə miqdarı | 1.35 kq/m2/mm |
Su ilə qarışdırılma miqdarı | 0.22-0.25 lt/kq |
Maksimum qalınlıq | 15 mm |
Açıq qalma müddəti | 20 dəq |
İstifadəyə açma müddəti | 24 saat |
Dərz dolğu istifadəsi üçün gözləmə müddəti | 24 saat |
Yapışma qüvvəsi | 1.4 MPa |
Tətbiq temperaturu | +5...+30 C |
Davamiyyət temperaturu | -40...+70 C |
Həndəsi ölçüləri | |
Həcmi | 25 kq |