İstilik izolyasiya üçün yapışdırıcı ve suvaq Weber.vetonit A100 25 kq
- Məhsul kodu: 130006
20.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: ədəd
- İstifadə miqdarı: 5 kq
- Həcmi: 25 kq
- Marka: Weber
- Baxış sayı: 9595
- Mövcudluq: Anbarda var
Mineral yun, EPS, və s. bu kimi istilik izolyasiya materiallarının yapışdırılması üçün istifadə olunan "Weber.therm A100" mükəmməl yapışma qüvvəsi ilə fasadlarınızda etibarlı yapışmaya şərait yaradacaq. Bundan əlavə artırılmış elastikliyi sayəsində yanlış montaj edilmiş izolyasiya materiallarını rahatlıqla düzəltməyiniz mümkündür (göstərilən zaman ərzində).
Universallığı ilə seçilən "Weber.therm A100" fasadlarda sadəcə izolyasiya materialı yapışdırıcısı deyildə həmçinin üzlük suvağı kimi istifadə oluna bilər. Xüsusi yüksək keyfiyyətli tərkibi sayəsində daha sadə və sürətli montalamanı təmin edir.Yüksək dayanıqlılığı ilə seçilən məhsul sərt hava şəraitində belə öz etibarlılığını heç bir şəkildə itirmir. Məhsul nə az nə çox düz 100 dövrlük şaxtaya davamlıdır.
Üstünlükləri:
- Mükəmməl yapışma qüvvəsi.
- Həm yapışdırıcı, həm suvaq məhsulu.
- Şaxtaya qarşı davamlı.
- Artırılmış elastiklik.
Saxlanma qaydası:
Məhsul istehsal tarixindən başlayaraq 12 ay müddətində günəş şüalarından uzaq, nisbi rütubəti 60%-dən çox olmayan quru yerlərdə saxlanmalı.
Həndəsi ölçüləri | |
---|---|
Həcmi | 25 kq |
Fasad məhsulunun əsas texniki göstəricilər | |
Rəngi | Boz |
İstifadə miqdarı | 5-6 kq/m2 |
Su ilə qarışdırılma miqdarı | 0.19-0.21 lt/kq |
İstifadə olunmalı qalınlıq | 1-4 mm |
Hazır məhsulun quruma müddəti | 3 saat |
Quruma müddəti | 24 saat |
Yapışma qüvvəsi | 0.8 MPa |
Tətbiq temperaturu | +5...+30 C |