İstilik izolyaisya XPS Texnonikol Carbon Eco 30 mm 580x1180 mm (13 plitə)
- Məhsul kodu: 101001
69.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Paçqa və ya 1 m²
- Ölçüləri: 30x580x1158 mm
- Paket həcmi: 8.9 m²
- Marka: Texnonikol
- Baxış sayı: 9157
- Mövcudluq: Anbarda var
Ekstruziya olunmuş penopolistiroldan hazırlanmış "Technonicol Carbon Eco" məhsulu xarici fasadlarda, üzən döşəmə sistemlərində, isti döşəmə sistemlərində, düz dam sistemlərində istilik izolyasiyası məqsədli istifadə olunur. Məhsul su keçirməz quruluşa sahib olduğundan istilik izolyasiyası ilə yanaşı tikililərin bünövrələrində və bir sıra yerlərdə su izolyasiya məqsədli də istifadə olunur. Yüngül ,həmçinin də mexaniki deformasiyaya dayanıqlı olduğundan quraşdırılması rahat və sürətlidir.
Üstünlükləri:
- Suya və nəmişliyə qarşı dayanıqlı.
- Mükəmməl istilik izolyasiya qabiliyyəti.
- Yüksək yük götürmə qabiliyyəti.
- Rahat montaj imkanı.
Qablaşdırma və saxlanma:
Məhsul eni 580 mm uzunluğu 1180 mm olan 8.9 m2-lik polietilen paketlərdə olur. Məhsulu günəş şüalarından uzaq və 50 C-dən aşağı temperaturda saxlanması tövsiyyə olunur.
Diqqət:
Məhsul yanğına qarşı dayanıqsız və üzvi maddələrdən hazırlandığından 65 C-dək istilik ola biləcək yerlərin və daxili məkanların bir başa izolyasiyasında tövsiyyə olunmur!
Həndəsi ölçüləri | |
---|---|
Materialın forması | Plitə |
Qalınlıq | 30 mm |
Eni | 580 mm |
Uzunluq | 1180 mm |
Plitə sayı | 13 əd |
Paket həcmi | 8.9 m² |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Material növü | Ekstruziya olunmuş penopolistirol (XPS) |
Yanma sinifi | B2 (Yanan) |
İstilik keçiricilik əmsalı λ10 | 0.030 W/m*K |
10% deformasiyada sıxılma gücü | 150 kPa |
Buxar keçiriciliyi | 0.014 mg/m*h*Pa |
Suya davamlılıq | 0.4 % |
Əyilmədə möhkəmlik həddi | 0.3 MPa |
Sıxlıq | 26-32 kq/m3 |