İstilik izolyasiya mineral yunu İSOVER WARM HOUSE- TWIN 50 mm 1220x5900 mm (2 rulon)
- Məhsul kodu: 120019
28.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Rulon və ya 1 m²
- Ölçüləri: 50x1220x5490 mm
- Rulon həcmi: 13.4 m²
- Marka: İsover
- Baxış sayı: 2293
- Mövcudluq: Anbarda var
Mansard, tavan və döşəmələrin etibarlı istilik izolyasiyası üçün istifadə olunan ekonom paket ölçüsünə sahib "İSOVER WARM HOUSE- TWIN", kvars əsaslı mineral yunu istər 50 mm istərsə də 100 mm qalınlıqda istifadə edilə bilər. Beləki, məhsulun bağlamasında 2 ədəd 50 mm qalınlığa sahib rulonlar üst-üstə yerləşləşdirilib. Bununlada siz istər rulonları rahatlıqla bir-birindən ayırıb 50 mm kimi istərsədə ayırmadan 100 mm kimi istifadə edə bilərsiniz.
"İSOVER WARM HOUSE- TWIN" mineral yunu ekoloji cəhətdən tam şəkildə təmizdir və insan sağlamlığına qarşı zərərə sahib deyil. İstehsal olunduğunu ölkədə az saylı "EPD" sertifikatına sahib olan məhsullar sırasında olan və öz sinifdə ən aşağı kimyəvi qatqılara malik olan bu materialı rahatlıqla uşaq otaqlarında eləcədə tibbi mərkəzlərdə istifadə edə bilərsiniz.
Universal hesab edilən bu material 0,040 W/m*K istilik keçiricilik əmsalı ilə həm evlərinizi isti-soyuqdan, həm də ətraf mühit səslərindən qorunmasına yardımçı olacaq.
Üstünlükləri:
- 100 və ya 50 mm olaraq rahat istifadə imkanı.
- Etibarlı istilik və səs izolyasiya qabiliyyəti.
- İstənilən
ölçüdə kəsilərək itkisiz sürətli montaj.
- Ekoloji təmiz və sağlamlığa qarşı zərərsiz.
İstifadə sahələri:
- Mansard
- Tavan
- Döşəmələr
Qablaşdırma və
saxlanma:
Məhsul eni 1220
mm uzunluğu 5900 mm olan 13.4 kv.m-lik polietilen paketlərdə olur. Məhsulun quru
şəraitdə saxlanması tövsiyyə olunur.
Həndəsi ölçüləri | |
---|---|
Materialın forması | Rulon |
Qalınlıq | 50 mm |
Eni | 1220 mm |
Uzunluq | 5490 mm |
Plitə sayı | 2 ədəd |
Paket həcmi | 13.4 m² |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Material növü | Kvars yunu (Mineral yun) |
Yanma sinifi | A1 |
İstilik keçiricilik əmsalı λ10 | 0.040 W/m*K |
Buxar keçiriciliyi | 0.7 mg/m*h*Pa |
Sıxlıq | 15 kq/m3 (±10 %) |