Sıvafix® sement əsaslı hazır suvaq məhsuludur. EN 998-1 GP CS2 W1 sinfinə uyğundur (GP=ümumi məqsədli suvaq məhluludur, CS2=təzyiq müqavimət qiymətini göstərir, W1=kapilyar su əmmə xüsusiyyətinə malikdir). ГОСТ 28013 - 2008 standartlarına uyğundur. İstifadə sahələrinə misal olaraq, daxili və xarici məkanlarda hər növ beton, kərpic və b. səthlərin suvanmasında və təmirində; divar və tavanların suvanmasında; mövcud suvaqların təmirində; kobud suvaq vurulmuş səthlərin düzəldilməsində; təbii daş, kərpic və divar hörgü dərzlərinin təmirində istifadə olunur.
Üstünlükləri:
- Asan hazırlanır və istifadə edilir.
- İstifadə müddəti uzundur.
- Yapışma müqaviməti yüksəkdir.
- Daxili və xarici məkanlarda istifadə edilə bilər.
Saxlanma qaydası:
Açılmamış orijinal bağlamada (qablaşdırmada), sərin və quru şəraitdə saxlanmalıdır. Saxlanma muddəti düzgün anbarlama şərtlərində, istehsal tarixindən etibarən 12 aydır.
| Həndəsi ölçüləri | |
|---|---|
| Həcmi | 50 kq |
| Fasad məhsulunun əsas texniki göstəricilər | |
| Rəngi | Boz |
| İstifadə miqdarı | 1.2 kq/m2/mm |
| İstifadə olunmalı qalınlıq | 1-10 mm |
| Hazır məhsulun quruma müddəti | 30 dəq |
| Quruma müddəti | 7 gün |
| Tətbiq temperaturu | +5...+30 C |