İstilik izolyasiya üçün Dübel TFİX- 8 M -155 8 mm dəmir mismarlı
- Məhsul kodu: 160008
77.50 AZN
0AZN - 0% - 6ay
Qiymət: Paçqa və ya Ədəd
- Uzunluğu: 155 mm
- Diametri: 8 mm
- Marka: Koelner
- Baxış sayı: 8716
- Mövcudluq: Özəl sifarişlə
Dünya tikinti bazarında öz sözünü demiş İngiltərə markası olan "Rawlplug" şirkəti "Koelner" markası altında istehsal etdiyi dübellər izolyasiya materiallarının bərkidilməsində əvəz edilməz və ən etibarlı seçimdir. "Koelner TFİX" dubeli xüsusi dəmir mismara sahib olması onu daha dayanıqlı edir. Dəmir mismarlı dubel montalama zamanı qırılma ehtimalını minimuma endirir.
TFİX 8 M - 155 dubelinin başqa müsbət cəhəti də xüsusi başlığı ilə istilik itikisini minimuma endirməsidir. İstilik izolyasiyası plitələrinin montalanması zamanı bir qayda olaraq dubellərdən istilik itkiləri baş verir lakin "Koelner" şirkəti bunu nəzərə alaraq istehsal etdiyi dubellərdə xüsusi örtüklə bu itkini minimuma endirir.
Məhsul bütün növ istilik izolyasiya plitələrinin beton, müxtəlif növ kərpiclərə və qaz betonlara bərkidilməsində ideal nəticə göstərir. Bundan əlavə bütün Koelner məhsulları bir bağlayıcının sahib ola biləcəyi bütün keyfiyyət sertifikatlarına sahibdir.
Üstünlükləri:
- Sink metal qarışımı dayanıqlı mismar.
- İstilik itkisinin qarşısını almaq üçün xüsusi başlıq.
- İstənilən növ izolyasiyanın bərkidilməsinə uyğunluq.
- ETA və Dop kimi sertifikatlara sahib təstiqlənmiş etibarlılıq.
Montaj qaydaları:
Montaj olunacaq izolyasiya materialının maksimum qalınlığı 80 mm, səthlə izolyasiya materialı arasındakı suvaq və yapışdırıcının qalınlığı isə 10 mm-dən artıq olmamalıdır. Dubelin quraşdırılması zamanı 8 mm-lik qazmadan (sverlo) istifadə edilməli və qazılan dəliklə montaj olunmuş dubel arasında 10 mm-lik məsafə olunması tövsiyyə olunur.
Həndəsi ölçüləri | |
---|---|
Qutudakı miqdar | 250 əd |
Diametri | 8 mm |
Uzunluq | 155 mm |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Manjet gücü | 1.75 kN |
Manjet sərtliliyi | 1 kN/mm |
İstilik keçiricilik əmsalı λ10 | 0.002 W/K |