İstilik izolyasiya XPS Texnonikol Carbon Eco 30 mm 580x1180 mm (13 plitə)
- Məhsul kodu: 600002
65.00 AZN
0AZN - 0% - 6ay
Qiymət: Paket və ya 1 m²
- Ölçüləri: 30x580x11580 mm
- Paket həcmi: 8.9 m²
- Marka: Texnonikol
- Baxış sayı: 13460
- Mövcudluq: Anbarda var
30 mm qalınlıqlı XPS "Technonicol Carbon Eco" məhsulu xarici fasadlarda, üzən döşəmə sistemlərində, isti döşəmə sistemlərində, düz dam sistemlərində və bünövrələrdə istilik izolyasiyası məqsədi ilə istifadə olunur. Məhsul su keçirməz quruluşa sahib olduğundan istilik izolyasiyası ilə yanaşı tikililərin bir sıra yerlərdə su izolyasiya məqsədli də istifadə olunur. Material effektiv izolyasiya əldə etməyə imkan verir və aşağı mərtəbəli kottec tikintisində xarici strukturların istilik izolyasiyası üçün optimal şəkildə uyğun gəlir.
Üstünlükləri:
- Suya və nəmişliyə qarşı dayanıqlı.
- Mükəmməl istilik izolyasiya qabiliyyəti.
- Yüksək yük götürmə qabiliyyəti.
- Rahat montaj imkanı.
Qablaşdırma və saxlanma:
Məhsul eni 580 mm uzunluğu 1180 mm olan 8.9 m2-lik polietilen paketlərdə olur. Məhsulu günəş şüalarından uzaq və +75 C-dən aşağı temperaturda saxlanması tövsiyyə olunur.
Diqqət:
Məhsul yanğına qarşı dayanıqsız və üzvi maddələrdən hazırlandığından 75 C-dən yuxarı istilik ola biləcək yerlərin izolyasiyasında tövsiyyə olunmur!
Həndəsi ölçüləri | |
---|---|
Materialın forması | Plitə |
Qalınlıq | 30 mm |
Eni | 580 mm |
Uzunluq | 1180 mm |
Plitə sayı | 13 əd |
Paket həcmi | 8,9 m² |
İstilik və səs izolyasiya materialının texniki göstəriciləri | |
Material növü | Ekstruziya olunmuş penopolistirol (XPS) |
Yanma sinifi | B2 (Yanan) |
İstilik keçiricilik əmsalı λ10 | 0.034 W/m*K |
10% deformasiyada sıxılma gücü | 150 kPa |
Buxar keçiriciliyi | 0.008 mg/m*h*Pa |
Suya davamlılıq | 0.4 % |
Sıxlıq | 26-32 kq/m3 |