İngiltərə markası olan "Rawlplug" şirkətinə məxsus "R-XPT-HD" mexaniki ankerləri, müxtəlif markalı çatlamamış, armaturlu, beton və təbii daş növlərində istifadə üçün nəzərdə tutulmuşdur.
"R-XPT-HD" mexaniki ankerləri xüsusi qalvanik örtüyü sayəsində paslanmaya qarşı daha dayanıqlıdır.
Üstünlükləri:
- Müxtəlif növ beton səthlər üçün istifadəsi mümkün.
- Optimal yük müqaviməti.
- Korroziyaya davamlı.
- Yüksək keyfiyyətli.
Qeyd:
Məhsulun texniki göstəricilərində standart növ səthlərə uyğun və ya ümumi olaraq nəticələr qeyd edilmişdir. Məsələn dizayn yükündə sadəcə C20/25 beton növünə uyğun göstərici qeyd edilmişdir. Lakin bu digər növ betonlarda məhsulun istifadəsinin yarasız olduğu mənasına gəlmir. Sadəcə istehsalçı yoxlama testlərini standart götürülmüş səthlərə uyğun olaraq qeyd etmişdir. Daha ətraflı məlumat üçün dewalla.az-ın mesaj bölməsinə qeyd edə bilərsiniz.