Damların quraşdırılması və izolyasiyası zamanı su, külək və buxar izolyasiyası membranının vurulması çox vacibdir. Bir çox insan membranlardan istifadə etsə belə istədiyi nəticəni ala bilmədiyindən gileylənir. Lakin alınan nəticənin ürək açan olmamasının səbəbi yanlış formada montajı və ya düzgün membranın seçilməməsidir. Aşağıda membranlar haqqında bilinən və geniş yayılmış yanlışlar qeyd edilib:
- İlk yanlış bilinən məsələ montaj və quraşdırılma ilə bağlıdır. Dam üçün membranlar əksər hallarda bir başa damın altından vurulur. Bu isə sizin üçün üstünlük yaratmalı olan məhsulun əksinə fəaliyyət göstərməsinə səbəb olur. Membranlar karkasların üzərindən montaj olunmalıdır və damla membran arasında havalandırılmanın olmasına diqqət etmək lazımdır. Bu formada quraşdırılan membranlar sizə istənilən effekti verə bilər.
- Digər bir yanlış bilinən məsələ isə membranların qısa zamanda çürüməsidir. Bu hallar tez-tez baş verir buna səbəb isə düzgün məhsulun seçilməməsi və yuxarda qeyd edildiyi kimi membranın bir başa damın altından quraşdırılmasıdır. Məsələni daha da aydınlaşdırsaq ölkə bazarında membranlar təbəqə sayına əsasən tək, iki və üç qatlı membranlar mövcuddur və hər birinin özünün aid olduğu istifadə sahələri var. Təbii ki, "siding" divarlar üçün nəzərdə tutulmuş aşağı keyfiyyətli membranı damlarda istifadə etsəniz qısa müddətdə məhv olması qaçınılmaz fakt olacaq.
- Membranlar haqqında yayılan başqa bir məsələ isə membranların kondensat yaratmasıdır. Əslində membranların ən başlıca səbəblərindən biri məhz elə kondensatın qarşısını almaqdır. Bəs nə üçün belə bir problem yaranır? Bunun sadə bir açıqlaması var yanlış məhsul seçimi. Su, buxar və külək izolyasiya materiallarının bir necə növü mövcuddur (A,B,C,D,M və s.) hər biri demək olar ki, fərqli istifadə sahələri üçün nəzərdə tutulub. İstilik izolyasiyası vurulacaq mansarda istifadə olmayacaq dam üçün nəzərdə tutulmuş məhsul istifadə etsəniz əlbəttə ki, belə bir problem yarana bilər. Bu bir növ benzinlə çalışan mühərriki dizellə hərəkət etdirməyə çalışmaq kimidir.
Unutmayın! Membranlar sizin komfortunuz və damlarınızda problemlərin yaranmaması üçün gərəkli məhsuldur. Bunun üçün düzgün montaj və düzgün məhsul seçmək çox vacibdir.
Rəy bildir